Əsas Səhifə > Ana xəbər / Güney Press > Yalnız DMA-nın tenderlərini udan şirkət

Yalnız DMA-nın tenderlərini udan şirkət


Dünən, 10:08

Sosial şəbəkələrdə çox vaxt qarşımıza qəribə fotolar çıxır. Həmin fotolarda arıq heyvan şəkili göstərilib, onun vətəndaşa məşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən verildiyi qeyd edilir.

Tribunainfo.az xəbər verir ki, ayaq üstə canı çıxan bu heyvanların vətəndaşa nə üçün verildiyi və bunun kimlərin etdiyi də açıqlanmır. Ortada yalnız DMA-nı adı çəkilir, vəssəlam.

Sözügedən qurumla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, DMA son bir ildə idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədi ilə üç tender keçirib. 2024-2025-ci illər ərazində keçirilmiş hər üç tender bir şirkət tərəfindən udulub.

Belə ki, 2024-cü ilin mayında DMA “AGRO BEST” QSC ilə 66 milyon 854 min 876 manatlıq satınalma müqaviləsi bağlayıb. Tenderi məqsədi aydındır.

İkinci belə tender ondan bir qədər sonra yenə “AGRO BEST” QSC-nin qalibliyi ilə baş tutub. Bu dəfə DMA şirkətə 62 milyon 146 min 514 manatlıq sifariş verib.

Sonuncu belə razılaşma isə bir qədər əvvəl baş tutub və bu dəfə 175 min 538 manatlıq müqavilənin bağlanması ilə yekunlaşıb.

Toplam 130 milyon manata yaxın pulu xərcləyən DMA vətəndaşlara “ayaq üstə qırxı çıxan” heyvan verməsinin səbəbi nədir? Bu qədər pul xərcləyən qurum vətəndaşa niyə elə xaricdən aldığı heyvanlardan vermir? Hər halda DMA buna aydınlıq gətirəcək.

İndi isə keçək tenderi udan şirkətə “AGRO BEST” QSC 2020-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 2010 manatdır. QSC-nin qanuni təmsilçisi İsmayılov Anar Əlif oğludur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, mənzil 48-də yerləşir.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin hətta veb-səhifəsi də yoxdur.

Onu da bildirək ki, “Agro Best” şirkəti 5 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, artıq 279 926 843,88 manatlıq satınalma müqaviləsi bağlayıb. Müqavilələrin hamısı Dövlət Məşğulluq Agentliyi ilə imzalanıb.

Yazıda adı keçən qurum və şirkətin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt