
2013-cü ilin fevralında ilk kosmik peykimiz Azerspace 1 və bir neçə il sonra isə ikinci kosmik peykimiz Azerspace 2 peyki orbitə buraxılıb.
Təssüflər olsun ki, orbitdə 2 öz peykimiz olsada illərdir hələdə regional televiziya kanallarımız və internet televiziyalarımız peyk vasitəsi ilə yayımlana bilmirlər. Bugün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində telekekanallarımızda mühüm rol onayıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında telekanallarımızın əvəzsiz rolu var. Bəs niyə öz peykimiz ola-ola regional və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirik? Yerüstü yayımlanan ümumrespublika kanallarımızla yanaşı bölgələrimizdən yayımlanan çox gözəl regional kanallarımız var. Məsələn, Gəncə şəhərində fəaliyyət göstərən Kəpəz TV, Qubadakı Qafqaz TV, Xaçmazdakı ARB Şimal, Lənkəranın ARB Cənub, Yevlaxın EL TV, İsmayıllı TV və s. regional kanallarımız olsa da illərdir ki, onlar öz peykimiz vasitəsi ilə yayımlana bilmirlər. Regional kanallarımızdan yalnız Naxçıvan TV prezidentin ötən ilki fərmanından sonra bu yaxınlarda Azerspace 1 peyki vasitəsi ilə yayıma başlayıb. İnternet televiziyalarımızdanda APA TV, SƏS TV, Səhiyyə TV, Dost TV, Asan TV və s. kanallarımız peyk vasitəsi ilə yayımlana bilmir. Sual olunur niyə peykimiz vasitəsi ilə bütün ölkəyə və dünyaya yayımlanmaq imkanı ola-ola regional və internet kanallarımız peyk vasitəsi ilə yayıma həsrətdirlər? Vətəndaşlarımız niyə regional kanallarımız və internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? Regional kanallarımızdan ikisi musiqi kanalı Ayaz TV və İsmayıllı TV bir neçə ay öncə Türksat peyki vasitəsi ilə yayıma başladı. Öz peykimiz ola-ola niyə bizim kanallarımız digər ölkələrin peykinə üz tutmalıdırlar? Regional kanallarımızdan bir neçəsinin əməkdaşı şəxsən mənə peyk vasitəsi ilə niyə yayımlanmırsınız deyə soruşanda bildirirlər ki, Azerspace peykində yayımlanmaq üçün bizdən elə böyük bir məbləğdə fantastik ödəniş tələb edirlər ki, Türkiyə peyki olan Türksat peykində və digər ölkələrin peykində yayımlanmaq bizə dəfələrlə ucuz başa gəlir. Bu gün Rusiya kanalları öz peyklərində və bir neçə ölkənin peyklərində yayımlansada bu günlərdə illərdir ki, Türksat peykində yayımlanan 2 Rusiya kanalı RTR Planeta və Rosiya 24 telekanalının ardınca digər Rusiya kanallarıda daha böyük auditoriyaya yayımlanmaq üçün Türksat peyki vasitəsi ilə yayıma başladı. Biz isə öz kanallarımızın öz peykimiz ola-ola peyk vasitəsi ilə yayımına imkan vermirik. Dünyanın heç bir öz peyki olan ölkəsində elə şey yoxdur ki, dövlətin öz peyki olsun və həmin ölkədə yayımlanan kanalların hamısı peyk vasitəsi ilə yayımlanmasın. Məsələn qonşu Türkiyədə 476 kanal var bu gündə bir-birinin ardınca yeni kanallar açılmaqdadır və kanal yayıma başlamazdan əvvəl Türksat peykindən yayım üçün tezlik alır. Onsuz da ölkəmizdə digər ölkələrlə müqayisədə çox az kanal fəaliyyət göstərir. Məsələn, 3,8 milyon əhalisi olan Gürcüstanda 38 kanal fəaliyyət göstərir. Yeni kanallar açmaq əlimizdən gəlmirsə , hal-hazırda fəaliyyət göstərən kanallarında yayımına mane olmayaq. Ümid edirik ki, tezliklə ölkəmizdə də bütün regional və internet kanalları peyk vasitəsi ilə yayıma başlayar.
İlkin Məmmədkərimov - "DİA-AZ"
Geri qayıt
|