Əsas Səhifə > Ana xəbər / Güney Press / Reklam > Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq?
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq?Dünən, 07:27 |
“Sazz” bu ölkədə ən yiyəsiz internet provayderdi. Mia.az xəbər verir ki, adıçəkilən provayderdən şikayətlərin ardı-arası kəsilmir. Nə əlaqə vasitələri var, nə də ofisləri kim idarə edir, bilinmir. Yalnız internet satıb pul qazanırlar. Açıq virtual resurslarda idarəçilərdən bir nəfərin də adına rast gəlmirsən. Arada yeni stansiyalar açıb xəbər yayırlar aləmə, bunları da kimin açıqladığı bəlli deyil. Şirkət bir sirr dağarcığıdır.
Hara qaçıb gizlənib Sazz bütün ictimai resurslardan? Özünün bərbad işini ört-basdır etməkçünmü? İnternet sorğularda guya “SAZZ-ın müştəri xidməti departamenti” adlanan bir yer çıxdı qabağımıza, amma nə fayda? Heç bir aktiv əlaqə nömrəsi yoxdu. Nə gözəldi bu məmləkət? Ceyhun Mollazadə deyilən biri oturub Amerikada, pul dəzgahı da burada partapart işləyir. Bu nə tələdisə, onu Ceyhun Mollazadə yaxşı qurub. Necə olmasa, keçmiş diplomatdı, təmkinlə pul qazanmağı yaxşı bilir. Qardaşı Asim Mollazadə də pis yaşamır, illərdi, deputatdı. Məncə, C.Mollazadənin bu dəzgahının içinin araşdırılmasının vaxtıdı. Bu qədər harınlıq yetər. Ən azından İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə dövlət qurumları hərəkətə keçsin. Biz də araşdırmalarımızı davam etdirək. Zülfiyyə Mustafayeva Geri qayıt |