Əsas Səhifə > Ana xəbər / Güney Press > Minsk Qrupu niyə ləğv olunur?

Minsk Qrupu niyə ləğv olunur?


Dünən, 09:34

Ermənistan Baş naziri Nikol Paşinyan Minsk Qrupunun ləğv edilməsindən danışıb.

Modern.az-ın məlumatına görə, bu barədə o, Vaşinqtonda jurnalistlərin suallarını cavablandırıb.

"Minsk Qrupu niyə buraxılır? Çünki sülh bərqərar olanda Minsk Qrupu münaqişənin simvoludur və onun mövcudluğu tərəflərin bir-birinin səmimiliyinə şübhə etməsinə səbəb ola bilər", - Ermənistanın baş naziri bildirib.

Qeyd edək ki. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət imzalayıblar.


Geri qayıt