Əsas Səhifə > Ana xəbər / Güney Press > İRAN NƏ İSTƏYİR...

İRAN NƏ İSTƏYİR...


Bu gün, 09:58

İran rəsmiləri Zəngəzur dəhlizinin açılmasına etirazlarını əsasən Avropaya ən qısa marşrutlarının kəsilməsi ilə izah edirlər. Onların iddiasına görə, guya, Zəngəzur dəhlizi açılsa, İran-Ermənistan-Gürcüstan-Qara dəniz arasından yol kəsiləcək və nəticədə İranın çox sevdiyi Avropaya çıxışı bağlanacaq.
İddianın nə qədər uydurma olduğunu anlamaq üçün, gəlin, faktlara nəzər salaq.
İranın Qara dənizə bir neçə mümkün çıxışı var.
1) Mehri (Ermənistan) – Poti (Gürcüstan) – 936 km. Bu, İranın nəzərdə tutduğu marşrutdur;
2) Mehri (Ermənistan) – Horadiz (Azərbaycan) – Poti (Gürcüstan). Üç ölkədən keçən bu əlverişsiz marşrut belə, İranın üzərində dayandığı güzərgahdan 24 km qısadır;
3) Horadiz (Azərbaycan) – Poti (Gürcüstan) – 776 km;
4) Xoy (İran) – Hopa limanı (Türkiyə) – 630 km.
Göründüyü kimi, İranın Qara dənizə çıxışının ən qısa yolu Hopa limanı üzərindəndir.
Digər marşrutlarda İran ən azı iki dövlətin ərazisindən keçdiyi halda Hopa limanı üzərindən Qara dənizə çıxış yalnız bir ölkədən keçir – Türkiyədən.
Üstəlik, bu marşrut üzərində dəmir yolları da hazırdır. Azərbaycanın təklif edə biləcəyi Horadiz-Poti marşrutu da həmçinin.
İranın israrla tələb etdiyi marşrut isə dolanbac dağ yollarından keçir, qış isə aylarında buzlaqlardan və qardan keçilməz olur.
Bütün bu olumsuzluqlara rəğmən İranın bu güzərgah üçün az qala özünü lezvalaması onu göstərir ki, cənub qonşumuzun qarın ağrısı iqtisadi yox, siyasidir. Məqsəd Türk dünyası arasında kommunikasiya əlaqələrinin qurulmasının qarşısını almaqdır.
Az boğazını və digər orqanlarını yırt, İran, bu arzun mütləq gözündə qalacaq.
Heydər OĞUZ - "DİA-AZ"

Geri qayıt