Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı”
Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı”Bu gün, 00:53 |
Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi yüksələn xətlə davam edir. Məsələn, “Nə etməli?” (“Что делать?”) adlı Teleqram kanalı yazır: Bu arada, adının açıqlanmasını istəməyən xarici mənbələr hakerlərin əldə etdiyi və Rusiyaya aid olan sənədləri Press-kluba təqdim ediblər. Bu sənədlər Rusiya rəhbərliyinin mümkün olan bütün vasitələrlə Azərbaycana təzyiq göstərməyə çalışdığına bir daha sübut edir. Belə ki, Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi cari ilin 30 iyun tarixində “xarici siyasi vəziyyətin dəyişməsi şəraitində xarici vətəndaşların əmək fəaliyyətinin təşkili ilə bağlı Rusiya Federasiyası subyektlərinin icra hakimiyyəti orqanlarına və işəgötürənlərə metodik tövsiyələrin nəzərə alınması” barədə sənəd göndərib. Sənəddə deyilir ki, “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin gərginləşməsi, həmçinin əmək bazarında daxili sabitliyin təmin edilməsi ilə bağlı risklərin qarşısının alınması məqsədilə bütün mülkiyyət formalarına aid müəssisə və təşkilatlarda müvəqqəti olaraq Azərbaycan vətəndaşlarının işə qəbulundan çəkinmək tövsiyə olunur. Əlavə olaraq xahiş edirik ki, kadr tərkibinin təhlili aparılsın və 2025-ci il 15 iyul tarixinədək Əmək Nazirliyinə əmək münasibətlərində olan Azərbaycan Respublikası vətəndaşları barədə ümumiləşdirilmiş məlumat göndərilsin. Məlumatı bu ünvana yollamaq lazımdır: [email protected] Bu metodik tövsiyələr Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun hazırlanıb və kadr planlaşdırmasının səmərəliliyini artırmaq, sosial və əmək sahələrində mümkün çağırışlara qarşı qabaqlayıcı tədbirlər görmək məqsədi daşıyır”. İmza – Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri “Xarici siyasət vəziyyətinin dəyişməsi şəraitində xarici vətəndaşların əmək fəaliyyətinin təşkili ilə bağlı Rusiya Federasiyası subyektlərinin icra hakimiyyəti orqanlarına və işəgötürənlərə metodik tövsiyələr” sənədinin mətni belədir: 1. Ümumi müddəalar 1.2. Metodiki tövsiyələr tövsiyə xarakteri daşıyır və əmək sahəsində, xüsusilə də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud mərhələdə müşahidə olunan gərgin münasibətlər fonunda, xarici vətəndaşların əmək fəaliyyətinə cəlb olunması ilə bağlı potensial qeyri-stabillik faktorlarının qarşısının alınmasına yönəlib. II. İşə qəbul üzrə tövsiyələr 2.2. Azərbaycan Respublikası vətəndaşı ilə əmək müqaviləsinin bağlanması zərurəti yarandığı halda, qərar təşkilat rəhbərliyi tərəfindən, mütləq qaydada regionun əmək və məşğulluq sahəsindəki icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla qəbul edilməlidir. 2.3. Göstərilən ölkənin vətəndaşları ilə mövcud əmək münasibətləri olduqda, aşağıdakılar tövsiyə olunur: III. Uçot və hesabatlılıq 3.2. Təqdim edilən məlumatlar yalnız xidməti məqsədlərlə, əmək bazarındakı cari vəziyyətin təhlili və miqrasiya siyasətində risklərin qiymətləndirilməsi çərçivəsində istifadə ediləcək. IV. Əməkdaşlıq və hüquqi tətbiq təcrübəsi 4.2. Miqrasiya rejiminin pozulması və ya rəsmiləşdirilmiş əmək münasibətlərinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olmaması aşkar edildiyi halda, işəgötürənlər bu pozuntuların aradan qaldırılması üçün vaxtında tədbirlər görməlidir. Zəruri hallarda müqavilələr ləğv edilməlidir. V. Yekun müddəalar 5.2. Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi xarici siyasət vəziyyəti və miqrasiya qanunvericiliyi dəyişdikcə bu sənədi yeniləmək hüququnu özündə saxlayır. Bundan sonra müxtəlif şirkət və təşkilatlardan nazirliyə çoxsaylı cavab məktubları gəlib. Məktublarda fəxrlə bildirir ki, onlarda heç vaxt azərbaycanlı işləməyib, heç onları işə götürmək fikirləri də olmayıb. Bir neçə belə məktubu sadalayaq: Arxangelsk şəhər administrasiyası, onun şəhər təsərrüfatı departamenti nazirə cavab məktubunda yazır: “Hörmətli Anton Oleqoviç! Bu məktubla bildiririk ki, 30 iyun 2025-ci il tarixli, № 14/6/100-10856 saylı məktubla təqdim olunan, dəyişən xarici siyasi şəraitdə xarici vətəndaşların əmək fəaliyyətinin təşkili ilə bağlı Rusiya Federasiyası subyektlərinin icra hakimiyyəti orqanlarına, həmçinin işəgötürənlərə ünvanlanmış Metodiki tövsiyələr Arxangelsk şəhər dairəsi Administrasiyasının şəhər təsərrüfatı departamentinə tabe olan müəssisələrə göndərilib. Bununla yanaşı, “Gorsvet” MUP, “Vodoçistka” MUP, “Şəhər hamamları” ASC, “Əhaliyə xidmət üzrə ixtisaslaşmış trest” ASC, “Şəhərin təmizlənməsi üzrə xüsusi avtotəsərrüfat” MMC tərəfindən verilən məlumata əsasən, yuxarıda sadalanan müəssisələrin hazırkı kadr tərkibində Azərbaycan Respublikası vətəndaşları işləmirlər və onların işə qəbulu planlaşdırılmır. Departament direktoru Rostov-na-Donu şəhərindən “DİONA” MMC 4 iyul 2025-ci ildə yazır: Hörmətli Anton Oleqoviç! Direktor Krasnoyarskdakı “Vasilyevskiy rudnik” ASC-nin 7 iyul 2025-ci ildəki cavabı: Hörmətli Anton Oleqoviç! Hörmətlə, Moskva şəhəri, Kosinskaya küçəsi, 9 ünvanında yerləşən “NPO Orion” ASC-dən yazılır: 30.06.2025-ci il tarixli, № 14/6/10/8-10856 saylı məktuba cavab olaraq bildiririk ki, “NPO Orion” ASC-də (VÖEN 7720770380) Azərbaycan Respublikası vətəndaşları işləmir. Ümumiyyətlə, “NPO Orion” ASC xarici vətəndaşların, o cümlədən Azərbaycan vətəndaşlarının işə götürülməsini nəzərdən keçirmir. D.V. Uqolnikov Tver şəhərindən “Dielktrik Kabel Sistemləri” ASC-dən (“DKS” ASC) yazılır: 30.06.2025-ci il tarixli, № 14/6/10B-10856 saylı məktubunuza cavab olaraq bildiririk ki, 07.07.2025-ci il tarixinə “DKS” ASC-də Azərbaycan Respublikası vətəndaşları işləmir. Kadrlar şöbəsi müdir müavini Və sair… Heç bir təşkilat nazirə Azərbaycan vətəndaşlarını işə götürdüyünü, heç olmasa bu “Metodiki tövsiyələr” çıxana qədər onlardan kiminsə orada çalışdığını etiraf etməyib. Buna inanmaq isə çətindir. Axı Rusiyada yüz minlərlə azərbaycanlı əmək miqrantı işləyir. Böyük ehtimalla, bu müəssisələr ehtiyatlı davranıb – onlarda çalışan Azərbaycan Respublikası vətəndaşlarını köhnə tarixlə işdən çıxarıblar və naziri inandırmağa çalışıblar ki, “elə bir şey olmayıb”. Halbuki, elə nazirin özü də hələ bu yaxınlara qədər Azərbaycana qarşı tamam fərqli münasibətdə olub. “AzərTac”-ın 7 mart 2024-cü il tarixli xəbərində oxuyuruq: Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Anton Kotyakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bütün bunları yekunlaşdıraraq əlavə etmək olar ki, bu, utancverici və üzücü bir tarixdir. Pressklub.az Geri qayıt |