Əsas Səhifə > Ana xəbər / Güney Press > “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!”
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!”Bu gün, 10:56 |
“Dünya təcrübəsi və Azərbaycandakı təcrübə onu göstərir ki, oxuyan uşaqlar çox vaxt kasıb ailələrdən çıxır. Bu, bir növ, yazılmamış qanundur. Kasıb uşaqlarının təhsil alması üçün şərait yaradılmalıdır”. Bu sözləri “Yeni Sabah”a həkim-radioloq Aydın Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin ixtisaslarında illik ödənişlərinin 2,5 dəfə artırılması qərarı tam yanlışdır: “Bütün qabaqcıl ölkələr təhsilə önəm verir, təhsilli insanların sayəsində irəliyə gedir. Dünya təcrübəsi və Azərbaycandakı təcrübə onu göstərir ki, oxuyan uşaqlar çox vaxt kasıb ailələrdən çıxır. Bu, bir növ, yazılmamış qanundur. Kasıb uşaqlarının təhsil alması üçün şərait yaradılmalıdır. 650 bal yığmaq hər oğulun işi deyil. Bildiyimə görə, dövlət sifarişli yerlər Tibb Universitetində təxminən 610-615 baldan yuxarı başlayır. Yəni 590 yığan abituriyent pulluya düşür. Amma 590 da pis nəticə deyil axı! Ortabab nəticə göstərən də dəyər vermək lazımdır”. Aydın Əliyev qeyd edib ki, təhsilin inkişafı üçün ödəniş ləğv olunmalıdır: “Təhsilin inkişaf etməyi üçün tələbələrə kitab-dəftər, qida, yer verilməlidir. Yazıq deyilmi, atası bankdan pul götürüb təhsil haqqını versin, əyin-baş alsın, kirayə pulunu versin, yeməyini alsın... Axı valideyn çatdıra bilmir. Bir dahinin məşhur sözü var: “Məktəbləri inkişaf etdirməyən gələcəkdə çoxlu həbsxana tikməli olacaq”. Mən bu tibbi idarə edənlərin əvəzinə utanıram. Məsələn, Saatlı rayonunda 80-nə yaxın tibbi kadr çatışmazlığı var, amma ATU-da təhsilhaqqı qaldırılır. Yenə Kubadan həkim gətirəcəklər?! Kadrların bir hissəsi qaçıb xarici ölkələrə gedir, digər hissəsini də buradan itiririk”. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi Azərbaycan Tibb Universitetində də təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb. Belə ki, təhsil haqqı tibb ixtisası üzrə 6500 manat, stomatologiya 6000 manat, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üzrə isə 5000 manat olaraq dəyişdirilib. Geri qayıt |