Əsas Səhifə > Ana xəbər / Güney Press > ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı

ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı


Bu gün, 10:38

Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tibbi alətlərin satın alınması üçün elan edilmiş açıq tender ləğv olunub.

"DİA-AZ" xəbər verir ki, satınalma prosesinin ləğv edilməsinə səbəb tenderdə iştirak edən və təklif təqdim edən təchizatçıların sayının üçdən az olmasıdır. Bu isə “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq tenderin keçirilməsinə imkan verməyib.

Tenderin ehtimal olunan dəyəri 31 892 AZN idi. Müsabiqə 22 iyul 2025-ci il, saat 14:22-də dərc olunmuş, təkliflərin son təqdim olunma tarixi və vaxtı 13 avqust 2025-ci il, saat 17:30 müəyyən edilmişdi. Zərflərin açılışı da eyni tarixdə və saatda keçirilməli idi.

Lakin təklif verənlərin sayı qanunvericilikdə tələb olunan həddən az olduğuna görə tenderin ləğv edilməsi barədə qərar qəbul edilib.


Geri qayıt