Əsas Səhifə > Ana xəbər / Güney Press > Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb


Bu gün, 08:51

Ekologiya Nazirliyi ilan zəhəri əleyhinə zərdab və tibbi yardım çantaları alacaq

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması XidmətiNORD STAR PHARMA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ilan zəhəri əleyhinə zərdab və ilkin tibbi yardım çantalarının alınması üzrə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki, Müqavilənin məbləği 14 min 726 manat 40 qəpik təşkil edir. Satınalınacaq məhsullar arasında ilan zəhəri əleyhinə zərdabilkin tibbi yardım çantaları yer alır.

Qalib şirkət barədə əldə etdiyimiz digər məlumata görə, operativ vergi nəzarəti üzrə – əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbindən şirkətə 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

Nizamnamə kapitalı 1000 manat olan “NORD STAR PHARMA”nın qanuni təmsilçisi Cəmil Məmmədov Kamal oğludur.

Xatırladaq ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi isə Xaliq Mirzəyevdir.


Geri qayıt