Astara rayon İcra Hakimiyyəti Yunis Qafar oğlu Qədimbəyliyə Astara şəhəri, Heydər Əliyev küçəsi, 11 ünvanında qeyri-yaşayış (ictimai iaşə) binasının tikintisinə icazə verib. Yeniavaz.com xəbər verir ki, İcra hakimiyyəti obyektin tikintisinə 11 avqust 2025-ci il tarixli ETİ-02/25 saylı sənəd əsasında icazə verib. Açıqlanan məlumatlarda göstərilir ki, 28 yanvar 2025-ci il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-3453/2025 saylı, həmçinin 24 oktyabr 2024-cü il tarixində tikinti layihəsinə dair 38358 saylı ekspertiza rəyləri verilib. Bildirilir ki, tikintisinə icazə verilən iaşə obyektinin tikinti sahəsi 354,1 kv. metr, ümumi sahəsi 686,5 kv. metr, mərtəbələrinin sayı isə 3 olacaq. Onu da qeyd edək ki, obyektə Tikintilərin Dövlət Reyestri tərəfindən 14 avqust 2025-ci il tarixli 80101014-1-2512-009149/0825 saylı kod verilib. Məlumat üçün bildirək ki, 3 mərtəbəli iaşə obyektinin sifarişçisi olan Yunis Qafar oğlu Qədimbəyli “Sədərək” ticarət mərkəzinin sahibi kimi tanınan, məşhur iş adamı Yusif Qədimbəylinin qardaşıdır. Yunis Qədimbəyli eyni zamanda 2004-cü ildə dövlət qeydiyyatına alınan “Sədərək” Firmasının (VÖEN – 9900020171) qanuni təmsilçisidir.
Geri qayıt
|