Əsas Səhifə > Ana xəbər / Güney Press > 170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur?
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur?Bu gün, 09:52 |
Bakı sakini Bilal Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevdən kömək istəyir. O, media vasitəsi ilə DTX rəhbərinə müraciət edib.Bizimyol.info xəbər verir ki, Bilal Hacıyevin narazılığı 170 min dollarlıq məhkəmə qərarının icra olunmaması ilə bağlıdır. Dediyinə görə, ona 170 min dollardan artıq borcu olan Zaur Kərimov məhkəmənin bu barədə çıxardığı qətnaməni icra etməkdən yayınır. İcra orqanları da onun haqqında qanuna uyğun qaydada addım atmır. Bilal Hacıyev iddia edir ki, ona borclu olan və məhkəmə qərarını icra etməyən şəxsin kürəkəni bu mühüm dövlət qurumunda vəzifə tutur: “Bu səbəbdən borclu Məhz məsuliyyətdən yayınır”. Bilal Hacıyev DTX rəisinə məktubunda əlavə edir ki, Zaur Kərimov ona pul borcu olduğuna görə axtarışa verilmişdi. Ötən il dekabrın 31-də o, kürəkəninin evində olub. “Cənab General Polkovnik! Əməkdaşınız həmin şəxsin axtarışda olduğunu bilir. Tərəfimdən bu barədə müraciət edilmiş olsa da, təəssüf ki, hələ də tədbir görülməyib. Siz daim qanunun aliliyini təmin edən və Ulu öndər Heydər Əliyevin siyasətini ləyaqətlə həyata keçirməkdə öndə olan dövlət xadimlərindən birisiniz. Sizdən çox xahiş edirəm, qaldırdığım məsələ barədə müvafiq addımların atılması və hüquqlarımın müdafiəsi məqsədilə göstərişlər verəsiniz”. Bizimyol.info Geri qayıt |