Əsas Səhifə > Ana xəbər / Güney Press > İsa Həbibbəylinin qızı vəzifədən azad edildi

İsa Həbibbəylinin qızı vəzifədən azad edildi


Dünən, 17:35

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.

Ədliyyə Nazirliyindən Ajans.az-a G.Mənsimovaya notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddətinin 2025-ci ilin avqust ayında bitdiyi bildirilib.

Həmçinin qeyd edilib ki, G.Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb.

G.Mənsimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin qızıdır.

Deputatın 2 oğlu da yüksək vəzifədə çalışır.


Geri qayıt