Əsas Səhifə > Ana xəbər / Güney Press > RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyulduBu gün, 13:01 |
Azərbaycanda bəzi bankların müştəriləri cəlb etmək üçün əvvəlcə yüksək keşbek faizləri və sərfəli şərtlər təklif edib, daha sonra isə bu üstünlükləri kəskin şəkildə azaltması artıq tendensiyaya çevrilib. Artıq bir çox banklarda keşbek faziləri azaldılıb, bəzilərində ümumiyyətlə ləğv edilib. Modern.az-ın məlumatına görə, keşbek faizlərini azaldan banklara "RabitəBank" da qoşulub. "RabitəBank" 1 sentyabrdan etibarən debet kartlarında əhalinin ən çox istifadə etdiyi kateqoriyalarda keşbek faizlərini azaldıb. Belə ki, artıq yanacaqdoldurma məntəqələrində 1,5% (əvvəl 2%), restoranlarda 2% (əvvəl 3%), sığorta ödənişlərində 1% (əvvəl 1,5%) keşbek veriləcək. Üstəlik, bu faizlər yalnız Apple Pay və Google Pay ödənişlərinə aid olacaq. Adi kartla ödəniş edən müştəri isə artıq heç bir keşbek qazanmayacaq. Bununla da bitmir, yalnız 10 manatdan yuxarı əməliyyatlarda keşbek qazanmaq mümkün olacaq. Dəyişikliklər barədə artıq müştərilərə bildiriş göndərilib. RabitəBank təkcə keşbek faizlərini endirməyib, kart əməliyyatlarında limitləri də aşağı salıb. "Card to card" tipli ödənişsiz köçürmələrin aylıq limiti 2000 manata endirilib. Terminaldan mədaxil limiti isə cəmi 1000 manat olaraq müəyyənləşdirilib. Geri qayıt |