Əsas Səhifə > Ana xəbər / Güney Press > Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi

Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi


Dünən, 06:06

Ermənistan yeni strateji reallıqla üz-üzədir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı və “Respublika Naminə” partiyasının lideri Arman Babacanyanın yazıb.

O bildirib ki, adambaşına ChatGPT-dən istifadə baxımından ermənilər dünyada beşinci, regionda isə birincidir.

Babacanyan iddia edib ki, bu, təkcə rəqəmsal savadlılığın göstəricisi deyil, həm də süni intellektin milli təşəbbüs və milli güclə birləşməsidir.

“Ermənistan süni intellekt tədqiqatları, təlimləri və innovasiyaları üçün regional mərkəzə çevrilə bilər”, – A.Babacanyan bildirib.

Diqqət çəkən məqam ilk 5-likdə dünyanın supergüclərinin yer almamasıdır.


Geri qayıt