Əsas Səhifə > Ana xəbər / Güney Press > Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi
Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdiDünən, 15:17 |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə rəis təyin edib.
Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Amaliya Məmmədova təyin olunub.
Qeyd edək ki, bu ilin may ayında Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Mərkəzin yeni rəisi Amaliya Məmmədovanın da onun rəfiqəsi olduğu deyilir.
Xatıradaq ki, 2023-cü ilin sentyabrında FHN-nin Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad olunub, yerinə tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova təyin olunmuşdu. Vəfa Dadaşova həmçinin ötən ilin may ayında Tibb Xidmətinin rəisi vəzifəsinə gətirilmişdi. O, 2025-ci ilin mart ayında hər iki vəzifəsindən istefa verib.
Geri qayıt |