Əsas Səhifə > Ana xəbər / Güney Press > Ədliyyə Nazirliyinin idarə rəisi Suriyaya səfir göndərilir?
Ədliyyə Nazirliyinin idarə rəisi Suriyaya səfir göndərilir?Bu gün, 07:00 |
Yazıda bildirilib ki, Azərbaycanın Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov Dəməşqə səfir təyin olunub. Yeni səfirin Suriya və Azərbaycan arasında ədliyyə sahəsində birgə layihələrin icrasında rolu yüksək qiymətləndirilib. Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Suriyaya səfəri çərçivəsində bu ölkənin keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə Dəməşqdə qısa zamanda Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlyacağını bildirmişdi. Qeyd edək ki, Adil Əbilovun Azərbaycanın Suriyada fövqəladə və səlahiyyətli səfiri təyin olunması ilə bağlı rəsmi sərəncam hələlik dərc olunmayıb. Geri qayıt |