Əsas Səhifə > Ana xəbər / Güney Press > Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi

Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi


Bu gün, 10:46

Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi tenderin nəticəsi ləğv olunub.

Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Bidirlir ki, Agentlik “Baku Cinema Breeze 2025” film festivalı çərçivəsində tədbirlərin təşkili xidmətlərinin satınalınmasını reallaşdırmağa çalışıb. Bunun üçün 791 min 247 manat vəsait xərcləməyi də planlıaşdırıb.

Tədbirlər planında qeyd edilir ki, Agentlik həmin vəsaitə bir sıra işləri görmək istəyib. Məsələn, 791 minlə bir dəfə 50 nəfərlik kinozal kirayələməli, destival haqqında onlayn və yazılı mediada xəbərlər yaymalı, tədbirin təşkili üçün bir günlük kurator təyin etməli və sair işlər görməliymiş.

AİİBNDA-nın tenderi ləğv etməsinə səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması olub.

Xatırladaq ki, Kino Agentliyinin baş direktoru Rəşad Əzizovdur.


Geri qayıt