Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə yeni aparat rəhbəri təyin olunub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Babayev Anar Şahlar oğlu bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, daha əvvəl Konstitusiya Məhkəməsində aparat rəhbəri vəzifəsini Rauf Quliyev icra edirdi.
Məlumat üçün bildirək ki, Anar Babayev 8 avqust 1974-cü il tarixində anadan olub. O, III dərəcəli Dövlət müşaviridir. Anar Babayev “Tərəqqi” medalı, «Dövlət qulluğunda fərqlənməyə görə» medalları ilə təltif olunub.
Geri qayıt
|