Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildiBu gün, 16:43 |
Azərbaycanda IT şirkətlərindən biri olan “Qafqaznet” MMC-yə direktor təyin edilib. Banker.az xəbər verir ki, Ramiq Əfəndiyev Natiq oğlu şirkətin direktoru təyin edilib. O bu vəzifədə Adil Cəfərov Ələddin oğlunu əvəz edib. R.Əfəndiyev 2022-ci ildən IT şirkətinə təyinat alıb. 2025-ci ilin sentyabrına qədər şirkətin direktor müavini və Maliyyə direktoru kimi çalışıb. “Qafqaznet” — 2015-ci ildən etibarən İT sahəsində fəaliyyətdədir. Şirkətin 20 manat nizamnamə kapitalı olsa da, dövriyyəsi xeyli iridir. 2023-cü ilin hesabatına əsasən, şirkət 11 milyon manat gəlirə qarşı 1.7 mln. manata yaxın xalis mənfəət əldə edib. Bu 2022-ci ildəki 2.34 mln. gəlir və 0.58 mln. manatlıq xalis mənfəətli kəskin üstələməsi deməkdir. Şirkətin 100% payla təsisçisi Toğrul Hacıyev Ülvi oğludur. Geri qayıt |