Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvandan daha bir sülh açıqlaması

İrəvandan daha bir sülh açıqlaması


Bu gün, 10:55

Ermənistan Azərbaycanla sülh sazişi ilə bağlı daha bir açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan danışıb.

“Bu ilin 13 mart tarixində Ermənistan–Azərbaycan sazişi mətninin razılaşdırılması elan edilərkən, İrəvan buna hazır olduğunu bildirib. Bu yanaşma 8 avqustda sazişin ilkin imzalanması ilə bir daha təsdiqləndi və sülhün təsbitini qeyd edən mühüm hadisə kimi geniş beynəlxalq dəstək qazandı.

İmzalama tarixinə dair prinsipial mövqeyimiz dəyişməyib: sazişin mümkün qədər qısa müddətdə imzalanması təsbit olunmuş sülhün institusional təminatı istiqamətində mühüm addım olacaq”, – deyə Ani Badalyan vurğulayıb.


Geri qayıt