Əsas Səhifə > Ana xəbər / Güney Press > Türkiyə-Ermənistan sərhədi açılır?
Türkiyə-Ermənistan sərhədi açılır?Bu gün, 06:42 |
Bu günlərdə Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib ki, Vaşinqton razılaşmaları çox vacib hadisədir və şübhəsiz ki, regionda və ondan kənarda mövcud vəziyyətə müsbət təsir göstərəcək. Türkiyə və Ermənistan arasında sərhəd məsələsi uzun illər regional və beynəlxalq diqqət mərkəzində olub. Son dövrlərdə iki ölkə arasında normallaşma prosesinə dair müsbət siqnalların artması, xüsusilə sərhədin açılması və iqtisadi əməkdaşlıq layihələrinin həyata keçirilməsi perspektivləri diqqət çəkir. Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamalarına görə, bu kommunikasiya xətti yalnız iki ölkə arasında deyil, həmçinin Mərkəzi Asiya və Türk respublikaları ilə iqtisadi əlaqələrin genişlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, İğdır və Qars bölgələrinin iqtisadi həyatına töhfə verəcək layihələr və texniki işlərin görülməsi prosesi region üçün strateji əhəmiyyət daşıyır. Türkiyə və Ermənistan arasında yeni mərhələ başlayırmı? Türkiyə-Ermənistan sərhədi nə zaman açılacaq? Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev Referans-a bildirib ki, Türkiyə - Ermənistan sərhəddi açıla bilər. Artıq bunun üçün xüsusi bir maneə də yoxdur. Ermənistan faktiki olaraq Azərbaycanla sülh prosesində iştirak edir. Hazırkı vəziyyətdə erməni tərəfi prosesə sadiqlik nümayiş etdirir. Bu günlərdə Ağrı dağının fotosun da Ermənistanda viza möhürlərindən silinməsi müsbət haldır. Azərbaycanda isə bu məsələyə çox ehtiyatlı yanaşılır. Amma bu məsələdə isə mən daha çox reformist olmağın tərəfdarıyam. Siyasi şərhçi qeyd edib ki, faktiki olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılması münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Bu həm də gələcəkdə Türk şirkətlərinin axın etməsi ilə Ermənistan iqtisadiyyatında canlanmaya səbəb olacaqdır. Beləliklə də iqtisadi cəhətdən Rusiyadan asılı Ermənistan yox Türkiyədən asılı olan Ermənistan bizim maraqlarımıza daha uyğundur. Turan Rzayev hesab ki, burada əsas məsələ Ermənistan kimi kənar təsirlərə açıq bir ölkənin nəzarətdə saxlanılmasıdır. Düşünürəm ki, bu baxımdan da Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması reallaşacaqdır. Böyük ehtimal ki, hər iki ölkə arasında sərhəd keçid məntəqələri də açılacaqdır. "Daha dəqiq desək Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi yekun saziş kimi imzalandıqdan sonra bu məsələ də öz həllini tapacaq", - deyə Turan Rzayev əlavə edib. Geri qayıt |