Əsas Səhifə > Ana xəbər / Güney Press > "Paşa Bank"da müştərilərin əmanətləri 128,7 MİLYON MANAT AZALIB

"Paşa Bank"da müştərilərin əmanətləri 128,7 MİLYON MANAT AZALIB


Bu gün, 10:28

30 sentyabr 2025-ci il tarixinə “PAŞA Bank”ın depozit portfeli 6 milyard 766 milyon 210 min manat təşkil edib.

"DİA-AZ" bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu, 2024-cü ilin sonu ilə müqayisədə 356 milyon 154 min manat və ya 5,6% artım deməkdir.

Depozit portfelinin 1 milyard 759 milyon 694 min manatı fiziki şəxslərin, 5 milyard 6 milyon 516 min manatı isə hüquqi şəxslərin payına düşüb.

İlin əvvəlindən hüquqi şəxslərin depozitləri 484 milyon 868 min manat (10,7%) artıb. Bunun əksinə olaraq, fiziki şəxslərin depozitlərində isə 128 milyon 714 min manat və ya 6,8% azalma qeydə alınıb.

Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi depozit portfeli 6 milyard 410 milyon 56 min manat təşkil edirdi. Bu məbləğin 1 milyard 888 milyon 408 min manatı fiziki, 4 milyard 521 milyon 648 min manatı isə hüquqi şəxslərin depozitləri idi.


Geri qayıt