Əsas Səhifə > Ana xəbər / Güney Press > Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı

Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı


Bu gün, 09:24

Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.

Oxu.Az xəbər verir ki, avtomobili idarə edən xanım sözügedən qayda pozuntusunun videosunu öz sosial hesabında paylaşıb.

Bildirilir ki, görüntünü paylaşan İlahə Xudu qızı adlı şəxs özəl bağçalardan birinin müdirəsi və inkişaf mərkəzinin rəhbəridir.

Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür. Qanunvericiliyə görə, bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir.

Eyni zamanda, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib.


VİDEO BURADA: https://baku.tv/embed/255044


Geri qayıt