Əsas Səhifə > Ana xəbər / Güney Press > Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıbBu gün, 08:35 |
|
Türkiyənin Kahramanmaraş şəhərində bomba hazırlayacağı ilə bağlı sosial şəbəkələrdə təhdid dolu paylaşımlar edən bir lisey şagirdi polis tərəfindən saxlanılıb. 32gun.az bildirir ki, Şagirdin evində aparılan axtarış zamanı kamuflyaj geyim, hücum jileti, bıçaq, bibər qazı və üzərində Azərbaycan bayrağı əks olunan müxtəlif döş nişanları aşkar edilərək maddi sübut kimi götürülüb. Xatırladaq ki,Sosial mediada bombalı hücum təhdidləri yayan şəxslərə qarşı keçirilən əməliyyatlar çərçivəsində İstanbulda 17 yaşlı bir yeniyetmə saxlanılıb. Şanlıurfa və Kahramanmaraşdakı məktəb hücumlarından sonra sosial şəbəkələrdə qorxu və çaxnaşma yaratmaq məqsədilə bombalı hücum həyata keçirəcəyinə dair mesajlar göndərən açıq lisey şagirdi M.A.-nın evində aparılan axtarışlar zamanı hərbi kamuflyaj, hücum jileti, dəbilqə və müxtəlif bıçaqlar aşkar edilib, nəticədə şübhəli şəxs məhkəmə tərəfindən həbs olunub. Digər əməliyyatlar zamanı isə təhlükəsizlik qüvvələri tərəfindən 18 yaşından kiçik daha 11 nəfər saxlanılıb. Geri qayıt |