Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azərpoçt"un rəhbəri işdən çıxıb
"Azərpoçt"un rəhbəri işdən çıxıbBu gün, 09:56 |
|
"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb. "Report"un əldə etdiyi məlumata görə, o, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Xatırladaq ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin üzvü olub. Geri qayıt |