Əsas Səhifə > Ana xəbər / Güney Press > Pərvin Quliyevaya yüksək vəzifə verildi

Pərvin Quliyevaya yüksək vəzifə verildi


Bu gün, 11:22

Pərvin Quliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilalanlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub.

"DİA-AZ" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova əmr imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər Pərvin Quliyeva 2021-2023-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsində baş mütəxəssis, 2023-2024-cü illərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsində məsləhətçi, 2024-2026-cı illərdə Təhsil İnstitutunun Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.

Geri qayıt