Əsas Səhifə > Ana xəbər / Güney Press > Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir...
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir...Bu gün, 05:17 |
"3 aprel tarixində "Dynamic Express" vasitəsilə geyimlər sifariş etdim. Tətbiqdə bağlamanın 7 aprel uçuş reysi ilə göndərildiyi qeyd olunub, amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Püstə Əliyeva adlı istifadəçi gileylənir.Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: " "Smart Customs"da da elə həmin tarixdə bağlamanın çeşidləmə üçün daşıyıcı şirkətə təhvil verildiyi, gömrüyü tərk etdiyi yazılıb. Ancaq bağlama ortalıqda yoxdur.
"Dynamic Express"lə əlaqə saxladıqda məhsulun hələ də gömrük nəzarətində olduğunu qeyd etdilər. Artıq 14 gündür..."
Geri qayıt |