Əsas Səhifə > Ana xəbər / Güney Press > Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi

Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi


Bu gün, 07:36

Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 333 saylı tam orta məktəbin direktoru İlahə Həmidovanın cinayət məsuliyyətinə cəlb olunması istənilir. Bu tələblə məhkəməyə şikayət olunub.

Bizimyol.info xəbər verir ki, məktəb direktorunun Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılması üçün Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırılıb. İddia ərizəsində göstərilib ki, direktor İlahə Həmidova rəhbərlik etdiyi 333 saylı orta məktəbdə keçirilən pedaqoji şuranın iclası zamanı təhqiredici ifadələr işlədib. Pedaqoji şuranın iclasında iştirakçılardan birinə “dur, zaldan rədd ol”, “adama oxşamaz” kimi fikirlər səsləndirib.

Məhkəmənin hazırlıq iclasında İlahə Həmidova ona qarşı şikayətin əsassız olduğunu bildirib, məhkəmənin də bu iddianı icraata götürüb baxmasına etiraz edib.

Məhkəmə iddia ərizəsinin prosessual hüquq normalarına uyğun olmadığını əsas gətirərək, məktəb direktoruna qarşı şikayəti icraata götürüb, ona mahiyyəti üzrə baxmaqdan imtina edib.

İlahə Həmidovanın eyni vaxtda həm 144 saylı məktəbin direktoru olması, həm də 333 saylı məktəbdə eyni vəzifəni icra etməsi bir müddət əvvəl valideynlərin valideynlərin narazılığına səbəb olmuşdu.

O zaman Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilmişdi ki, valideynlərin şikayəti ilə bağlı araşdırma aparılacaq.


Geri qayıt