Əsas Səhifə > Ana xəbər / Güney Press > Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir"
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir"Bu gün, 05:18 |
|
Göyçay rayon sakini, Vətən Müharibəsi iştirakçısı Elçin Bayramov Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında baş verən dəhşətli özbaşınalıqlar, xəstələrin "qul əməyi" kimi istismar olunması və qardaşının ölümü ilə əlaqədar həkim və personalın məsuliyyətsizliyi ilə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunur ki, orqanizminin funksiyalarını 61-80 faiz itirmiş əlilliyi olan Bayramov Anar Mürşüd oğlu 18.03.2026-cı il tarixdə müəssisədəki boşluqdan , nəzarətsizlikdən ağır vəziyyətə düşüb və bir neçə gün sonra vəfat edib.
Şikayətçinin sözlərinə görə, qardaşı can verdiyi halda, tibbi heyət ona yardım etmək əvəzinə baş verənləri telefonla videoya çəkərək özünə müdafiə səngəri yaratmışdır.
Xəstələr ağır işlərə məcbur edilir ???
Elçin Bayramov xəstəxanada gördüyü mənzərəni belə təsvir edir:
" 19.03.2026 ci il tarixdə xəstəxanaya daxil olarkən dəhşətli mənzərə ilə qarşılaşdıq. Tibbi yardıma möhtac xəstələrin yük avtomobilindən ağır inventarları , şkafları binanın daxilinə daşımağa məcbur edildiyinin şəxsən şahidi olduq. Bu, Azərbaycan qanunvericiliyi və beynəlxalq konvensiyalara görə işgəncə və qul istismarıdır."
Şikayətdə həmçinin müəssisənin maddi-texniki təminatı ilə bağlı ciddi şübhələr yer alıb. E.Bayramov bildirir ki, xəstəni qəbul edərkən onlardan çarpayı və yorğan-döşəyi özlərinin gətirməsi tələb olunub. Bu fakt müəssisəyə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi ehtimalını ortaya qoyur.
E.Bayramov iddia edir ki, müraciətindən sonra xəstəxana rəhbərliyi istismar və səhlənkarlıq faktlarını gizlətmək üçün müşahidə kamerası görüntülərini silə və ya texniki müdaxilə edə bilər.
Elçin Bayramov aidiyyəti qurumlara artıq bununla bağlı müraciət ünvanladığını , Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında dərhal genişmiqyaslı yoxlama aparılmasını, həmçinin baş həkim Mahir Mirzəyev, həkim Elçin Məmmədov və digər Raci, Seymur və Qasım adlı şəxslərin fəaliyyətinin ciddi şəkildə araşdırılmasını tələb edir.
elcinnews.blogspot.com
Geri qayıt |