Əsas Səhifə > Ana xəbər / Güney Press > "Ram Holdinq" ətrafında qalmaqallı iddialar...

"Ram Holdinq" ətrafında qalmaqallı iddialar...


Bu gün, 10:47

Azərbaycanda fəaliyyət göstərən “Ram Holdinq” və onunla əlaqəli olduğu bildirilən AİSCO MMC, Pirior Lizinq və Agrigo MMC son günlər ciddi iddialarla gündəmə gəlib. Müxtəlif mənbələrdən yayılan məlumatlar şirkət daxilindəki vəziyyətin rəsmi görünəndən fərqli ola biləcəyini göstərir. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, "Ram Holdinq"in rəhbəri Rüfət Məcidovun FETÖ ilə keçmiş əlaqələri bu gün də davam edir.

İddiaların mərkəzində şirkət daxilində formalaşdığı deyilən qapalı idarəetmə mühiti dayanır. Bildirilir ki, bəzi əməkdaşlar müəyyən çevrələrə və xüsusilə də FETÖ təşkilatına yaxınlığına görə üstün mövqeyə sahib olur, digərləri isə təzyiq və sıxışdırma ilə üzləşir. Bu isə iş mühitində bərabərliyin pozulması ilə bağlı suallar doğurur. Suallar ondan ibarətdir ki, əvvəlki soyadını dəyişən və bu gün Rüfət Məcidov kimi tanınan şəxs iş prosesində müəyyən problemlər yaratmaqla FETÖ qruplaşmasına yaxın olmayanları sıxışdırıb işdən uzaqlaşdırır.

Daha ağır ittihamlar isə ayrı-ayrı şəxslərin keçmiş fəaliyyəti və mümkün xarici əlaqələri ilə bağlıdır. İddialarda qeyd olunur ki, bəzi rəhbər vəzifələrdə çalışan şəxslərin adı əvvəllər mübahisəli maliyyə və təşkilati şəbəkələrlə yanaşı hallandırılıb. Lakin bu məlumatlar hələlik rəsmi təsdiqini tapmasa da müstəqil şəkildə yoxlanılmayıb.

Bununla yanaşı, holdinqə bağlı qurumlarda maliyyə şəffaflığı məsələsi də sual altına alınır. Vergi öhdəliklərinin yerinə yetirilməsi, məhsul dövriyyəsi və keyfiyyət standartları ilə bağlı səsləndirilən şübhələr vəziyyətin daha dərindən araşdırılmasını zəruri edir. İddialar göstərir ki, bu sahələrdə mümkün pozuntular ola bilər, lakin bu barədə hələlik rəsmi qurumların açıqlaması yoxdur.

Məsələnin ən narahatedici tərəflərindən biri isə işçi hüquqları ilə bağlıdır. İddialara görə, şirkət daxilində fərqli mövqedə olan və ya müəyyən qruplara aid edilməyən şəxslər müxtəlif formalarda təzyiqlə üzləşə bilir. Bu cür məlumatlar təsdiqini taparsa, əmək qanunvericiliyinin pozulması kimi ciddi nəticələr doğura bilər.

Bütün bu deyilənlər fonunda əsas sual açıq qalır: bu iddialar niyə hələ də rəsmi səviyyədə geniş araşdırılmayıb? Mövzu ilə bağlı nə “Ram Holdinq”, nə də adı çəkilən digər qurumlar tərəfindən ictimaiyyətə aydın və detallı mövqe təqdim olunub.

Mütəxəssislər hesab edir ki, belə hallarda ən doğru yanaşma müstəqil və şəffaf araşdırmanın aparılmasıdır. Hüquq-mühafizə və nəzarət orqanlarının məsələyə münasibəti, eləcə də şirkətin rəsmi açıqlaması bu iddiaların nə dərəcədə əsaslı olduğunu müəyyən edə bilər.

Hazırkı vəziyyətdə isə bütün səsləndirilən fikirlər iddia xarakteri daşıyır. Lakin bu iddiaların miqyası və ciddiliyi nəzərə alınarsa, onların cavabsız qalması daha böyük suallar yaradır.

Mövzu ilə əlaqədar araşdırmalarımız davam edəcək. Yazıda adıçəkilən şirkətləin rəsmi şəxslərinin də mövqeyini dinləməyə hazırıq.

Gundemxeber.com


Geri qayıt