Əsas Səhifə > Ana xəbər / Güney Press > Gəncədə başçının bu küçədən xəbəri varmı...
Gəncədə başçının bu küçədən xəbəri varmı...Bu gün, 05:45 |
|
Şəhər beynəlxalq tədbirə hazırlaşdığı bir vaxtda Gəncədə yollara asfalt yerinə, yamaq vururlar. “Gencexeber” saytının yaydığı xəbərə görə, Gəncənin Təbirz küçəsindən keçmək üçün ya çox peşəkar sürücü olmaq lazımdır, ya dda “Survivor” yarışlarının iştirakçısı. Belə ki, Təbriz küçəsi yarış öncəsi təmir edilib. Sonradan kanalizasiya və su xətləri yenilənib. Nəticədə, qazılmış yerlərə vurulmuş asfalt ötrük dağılıb. Bəzi yerlərdə isə çöküb. Məlumatda deyilir ki, Təbriz küçəsində “Milli market”dən “Daş körpü” adlanan hissəyədək olan ərazisində yalnız müvəqqəti yamaq işləri aparılıb. Şəhərin mərkəzindən “Milli market”ə qədər olan hissəyə isə yeni asfalt örtüyü salınıb. Hazırda “Daş körpü” adlanan hissəsi, yəni “R20” – Gəncə-Daşkəsən yolu istiqamətində olan ərazidə vəziyyət kritik olaraq qalır. Sakinlərin və sürücülərin sözlərinə görə, həmin hissədə yol artıq normal hərəkətin təşkili üçün yararsız hala düşüb. Belə ki, küçədə yaranan iri çuxurlar səbəbindən avtomobillərin şəhərdə icazə verilən sürət həddi ilə hərəkət etməsi mümkünsüz olub. Sürücülər nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün daim sürəti minimum həddə endirməyə məcbur qalırlar. Şikayətçilər bildirirlər ki, küçənin bu hissəsində əsaslı təmir işlərinin aparılmasına ciddi ehtiyac var. Onlar aidiyyəti qurumları Təbriz küçəsində yaranmış problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırlar. Geri qayıt |