Əsas Səhifə > Ana xəbər / Güney Press > Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib

Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib


Bu gün, 14:34

Azərbaycanda pivə istehsalçısı “Carlsberg Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, Krasimir Angelov Lazarov şirkətin baş direktoru təyin edilib.

Bu vəzifədə Alius Antulisu əvəz edib.

Bolqarıstanlı mütəxəssis Krasimir Angelov 2021-ci ildən cari ilin əvvəlinə qədər “Carlsberg” qrupunun Bolqarıstandakı şirkətində Satış departamentində direktor kimi çalışırdı.

Xatırladaq ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə 250 nəfərə yaxın işçi çalışır. “Carlsberg Azerbaijan”ın portfelində “Xırdalan”, “Baltika”, “Əfsanə”, “Carlsberg”, “Kronenbourg 1664 Blanc”, “Seth&Riley`s Garage” və s. pivə brendləri var. Yerli bazarda şirkətin payı təxminən 70% təşkil edir.


Geri qayıt