Əsas Səhifə > Ana xəbər / Güney Press > AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub

AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub


Bu gün, 17:56

Azərbaycandakı prosesinq mərkəzi “Azərikard” MMC-də yeni təyinat olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, Fuad Səbziyev “Azərikard”ın Əməliyyat departamentinin direktoru təyin olunub. O, bu təyinatadək kart texnologiyaları üzrə məsləhətçi vəzifəsində işləyib.

Xatırladaq ki, F.Səbziyev uzun illər Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb və AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentininə direktoru vəzifəsinə qədər yüksəlib. O, ötən il Mərkəzi Bankdan ayrılıb.

Xatırladaq ki, “Azericard” 1996-cı ildə yaradılıb. Azərbaycan bank sektorunda ödəniş kartları üzrə xidmətlər göstərən prosessinq mərkəzidir.


Geri qayıt