Əsas Səhifə > Ana xəbər / Güney Press > “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilibBu gün, 16:51 |
|
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə yeni direktor müavini təyin olunub. Banker.az xəbər verir ki, bu vəzifəyə Faiq Hüseynov təyinat alıb. O, 2025-ci ilin iyul ayından indiyə kimi Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü olub. Faiq Hüseynov 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyul ayına kimi Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb. O, 1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. Geri qayıt |