Əsas Səhifə > Ana xəbər / Güney Press > Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdüBu gün, 04:48 |
|
"QAYA NƏQLİYYAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə böyük məbləğdə vergi borcu olduğu məlum olub. 32gun.az-ın məlumatına görə, nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətin hazırda büdcəyə ödəməli olduğu vəsaitin məbləği 357 056,45 manat təşkil edir.
Qeyd edək ki, Şirkət 2024-cü ilin oktyabr ayında İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən məcburi auditdən yayındığı üçün cərimələnib. Mətbuatda gedən məlumatlara görə, Şirkətin bəzi keçmiş sürücüləri əmək haqlarının ödənilməməsi, əmək istismarı və qanunsuz işdən çıxarılma iddiaları ilə mətbuatda çıxış ediblər. Məsələn, bir sürücü qəza səbəbindən işdən çıxarıldığını və son ayın maaşının ödənilmədiyini iddia edib.
Geri qayıt |