Əsas Səhifə > Ana xəbər / Güney Press > Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı

Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı


Bu gün, 09:49

Dövlət Statistika Komitəsinin (DSK) vəzifəli şəxsi işdən çıxarılıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bununla bağlı DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, komitənin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev vəzifəsindən azad edilib.

Hələlik sözügedən mərkəzə yeni direktor təyin olunmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamla Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. O, bu vəzifədə Tahir Budaqovu əvəzləyib.


Geri qayıt