Əsas Səhifə > Ana xəbər / Güney Press > “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olubBu gün, 09:56 |
|
Dövlətə məxsus olan “Aqrarkredit” QSC BOKT-nin rəhbərliyində bir sıra təyinatlar baş tutub. "DİA-AZ" xəbər verir ki,dəyişikliklər “Aqrarkredit” BOKT-un Müşahidə Şurasına aiddir. Belə ki, maliyyə nazirinin müavini Anar Kərimov Müşahidə Şurasının sədri, Gündüz Əliyev və Osman Xalıyev isə üzvləri təyin edilib. Bundan başqa indiyədək “Aqrarkredit” BOKT-un idarə heyətinin sədri vəzifələrini icra edən İlham Kələşovun sədr vəzifəsinə təsdiqlənib. Xatırladaq ki, “Aqrarkredit” QSC BOKT dövlətə məxsus, daha çox regionların və kənd təsərrüfatının maliyyələşdirilməsinə fokuslanan qeyri-bank kredit təşkilatıdır. Onun nizamnamə kapitalı 72,7 milyon manat təşkil edir. Son 10 ildə “Aqrarkredit” BOKT öz birbaşa funksiyasından əlavə, digər dövlət şirkətlərinin aktivlərinin də idarə edilməsi və satışı ilə məşğuldur. Geri qayıt |