Əsas Səhifə > Ana xəbər / Güney Press > Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır?

Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır?


Bu gün, 11:44

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda ümumi sahəsi 869 min 303,7 kv. metr olan 6 min 14 mənzildən ibarət yaşayış evləri istifadəyə verilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istifadəyə verilən yaşayış evlərindəki mənzillərin 97,5%-i və ya 5 min 862-si fərdi yaşayış və bağ evlərinin payına düşüb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə istifadəyə verilən mənzillərin sayı 13,3% artıb.
Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayında Azərbaycanın 10 şəhər və rayonunda 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib. Yaşayış evlərinin istifadəyə verilmədiyi şəhər və rayonların hamısı işğaldan azad olunan ərazilərdə yerləşir.
Belə ki, rəsmi məlumatlara görə, bu ilin ilk 3 ayında Ağdərə, Xocalı, Şuşa, Xocavənd, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında və Xankəndi şəhərində 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib.
Onu da qeyd edək ki, təkcə bu ilin ilk 3 ayında deyil, əvvəlki illərdə də işğaldan azad olunan şəhər və rayonlarda yaşayış evləri istifadəyə verilməyib.
Açıqlanan rəsmi məlumatlarda göstərilir ki, bu ilin aprel ayının 1-ə kimi işğaldan azad edilmiş ərazilərə 31 min 379 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. İşğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 81 min 449 nəfər olub.


Geri qayıt