Əsas Səhifə > Ana xəbər / Güney Press > Elə düşünürdüm ki, müharibə yenidən baş verməyəcək…

Elə düşünürdüm ki, müharibə yenidən baş verməyəcək…


Bu gün, 11:01


Son dövrlərdə fikir ayrılığı yaşadığım bəzi şəxslər tərəfindən işlədiyim mərkəzə, mənə və artıq birbaşa şəxsi həyatımı təsir edə biləcək istiqamətdə addımlar atılmaqdadır. Bu hallar təkcə peşə fəaliyyətimi deyil, eyni zamanda şəxsi nüfuzumu və təhlükəsizliyimi də narahat edən səviyyəyə çatmışdır. Son dövrlərdə “asylum seeker” (siyasi sığınacaq axtaran şəxslər) kimi tanınan bəzi şəxslərlə problem ilə üzləşmişəm. Ruslan Aliyev sizin xaricdə həyata keçirdiyiniz fəaliyyətlər, xüsusilə Azərbaycanda yaşayan gənclərlə bağlı təşəbbüsləriniz narahatlıq doğurur. Gənclərin “Müqavimət media” kimi qeyri-rəsmi və mübahisəli platformalara yönləndirilməsi qəbuledilməzdir. Bununla yanaşı, sizin mənim tələbələrimdən ibarət qrup yaratmağınız və onları koordinasiyalı şəkildə yönləndirməyiniz əlavə suallar yaradır. Bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına rəsmi şəkildə müraciət etmişəm və məsələnin araşdırılmasını vacib hesab edirəm. PhD Vafa Isgandarova, siz mənə səhər saatlarında müraciət etmisiniz və cavabımı bu formada verməyi məqsədəuyğun hesab edirəm. Media İnkişaf Agentliyinin əməkdaşı və Bakı Dövlət Universiteti / Baku State University, Jurnalistika kafedrasının dosenti olaraq fəaliyyət göstərən bir şəxsin daha peşəkar və etik çərçivədə davranması gözləniləndir. Xüsusilə “Təhsildə psixologiya” adlı seminarla bağlı digər universitetlərin rəhbərliyi ilə qurulan əlaqələrdə təzyiq xarakterli yanaşmaların olması ciddi suallar doğurur. Eyni zamanda qeyd etmək istəyirəm ki, Vəfa Aslan İsgəndərova ilə aramızda yaranmış məsələ konkret müqavilə münasibətlərinə əsaslanır. 2025-ci ildə “Pilgrim Edu” MMC ilə övladı üçün rəsmi müqavilə bağlanmış, xidmətlər tam şəkildə icra olunmuş, “Boost” proqramında iştirakı təmin olunmuşdur. Bununla bağlı sonradan müxtəlif şikayətlər və müraciətlərlə davam etmişdir. Məsələ Nəsimi rayon 21 saylı Polis Bölməsi tərəfindən araşdırılmış və hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Buna baxmayaraq, əməkdaşlarımıza və tərəfdaş qurumlara yönəlmiş təzyiq cəhdləri, eləcə də ADNSU-da keçirilmiş seminarla bağlı universitet rəhbərliyinə edilən müraciətlər vəziyyəti daha da həssas etmişdir. Mən, Mustafayeva Leyla Rauf qızı, 2020-ci ildən etibarən 18 ay müddətində “Karabakh is Azerbaijan” platformasında fəaliyyət göstərmişəm. Bu dövr ərzində informasiya müstəvisində ölkəmizin maraqlarının müdafiəsi istiqamətində aktiv iştirak etmişəm. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində çalışmış, Varşavada keçirilən Demokratiya Forumunda ölkəmizi təmsil etmişəm. Həmçinin İslam Əməkdaşlıq Təşkilatında fəal iştirak etmişəm. Mən Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin məzunuyam. Bütün fəaliyyətim dövlətimizə və vətəndaşlarımıza xidmət istiqamətində olub.

Müəllif: Leyla Mustafa - "DİA-AZ"

YAZI DAHA DOLĞUN OLARAQ BURADA...


Geri qayıt