Əsas Səhifə > Ana xəbər / Güney Press > Yeni sistemə indiki rəhbərliyin uyğun gəlməsi çətin görünür: Vüsal Aslanov da gedəcək?
Yeni sistemə indiki rəhbərliyin uyğun gəlməsi çətin görünür: Vüsal Aslanov da gedəcək?Bu gün, 08:12 |
|
Ötən gün Prezident İlham Əliyevin imzaladığı yeni fərman təkcə “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərinin “Bakı Metropoliteni” QSC-yə birləşdirilməsi ilə məhdudlaşmır. Fərman əslində paytaxtın bütün ictimai nəqliyyat sistemində yeni idarəetmə sisteminin başlanğıcı sayıla bilər. Bizimesr.com bildirir ki, fərmana əsasən, artıq metro, avtobus, tramvay və taksi xidmətləri vahid mərkəzdən idarə olunacaq. Bunun üçün tamamilə yeni idarəetmə modeli qurulacaq, 5 nəfərlik İdarə Heyəti yaradılacaq və həmin rəhbərlik birbaşa Prezident tərəfindən təyin ediləcək. Bu isə faktiki olaraq hazırkı metro rəhbərliyinin, daha doğrusu, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun da əvvəlki statusunu itirməsi anlamına gəlir. Diqqət çəkən məqam isə fərmanın Bakıda metro sistemində yaşanan son ciddi problemlərdən dərhal sonra verilməsidir. Bir neçə həftə əvvəl metropolitendə yaranan texniki problem səbəbindən qatarların hərəkəti saatlarla iflic olmuş, minlərlə sərnişin stansiyalarda çətin vəziyyətdə qalmışdı. Hadisə cəmiyyətdə ciddi narazılıq yaratmış, metro rəhbərliyinin fəaliyyəti yenidən müzakirə mövzusuna çevrilmişdi. Məhz bundan sonra nəqliyyat sisteminin vahid idarəetməyə keçirilməsi və yeni rəhbərlik modelinin elan olunması diqqət çəkir. Görünür, ictimai nəqliyyatda koordinasiyanı gücləndirməsi, metroda son illər artan texniki və idarəetmə problemlərini minimuma endirilməsi, böhran vəziyyətlərinə operativ reaksiya verən daha sərt və mərkəzləşdirilmiş idarəetmənin qurmağın vaxtı çatıb. Fərmanda ən mühüm məqamlardan biri isə odur ki, yeni qurumun rəhbər heyəti yenidən formalaşdırılacaq. Bu da “Bakı Metropoliteni”ndə idarəetmə komandasının, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun dəyişə biləcəyi ehtimalını gücləndirir. Başqa sözlə, “Bakı Metropoliteni” adı qalsa da, qurum artıq əvvəlki metro idarəsi olmayacaq. Yeni strukturun başına isə tamamilə başqa bir komandanın gətirilməsi istisna edilmir. Geri qayıt |