Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT
Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBATBu gün, 10:10 |
|
Rusiya rəsmiləri Bakı ilə strateji tərəfdaşlıqdan danışmağa davam etdiyi bir vaxtda, ölkənin dövlət televiziya kanalı olan “Birinci Kanal” Azərbaycanın xəritəsində “ayrı Qarabağ” təsviri nümayiş etdirib. KONKRET.az xəbər verir ki, “Vremya pokajet” proqramında Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşməsi və “ikinci cəbhə”nin açılması ehtimalı müzakirə olunarkən tamaşaçılara Cənubi Qafqaz xəritəsi göstərilib.
Bu fonda haqlı sual yaranır: bu, Moskvanın rəsmi mövqeyidir, yoxsa hələ də köhnə geosiyasi reallıqlarla yaşayan rusiyalı təbliğatçıların növbəti özfəaliyyətidir?
Lakin məsələ daha ciddidir. Dövlət telekanalı sıravi media qurumu deyil. Əgər Rusiyanın federal televiziyasında “ayrı Qarabağ” anlayışı açıq şəkildə təqdim olunursa, Bakının bu məsələyə dair aydın və rəsmi izahat gözləməsi tamamilə əsaslıdır. Əks halda, bu cür “səhvləri” sadəcə təsadüf və ya redaktor diqqətsizliyi kimi qiymətləndirmək getdikcə çətinləşəcək. Geri qayıt |