Əsas Səhifə > Ana xəbər / Güney Press > Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı
Xanlar Vəliyevin qardaşı işdən çıxarıldıBu gün, 15:29 |
|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub. "DİA-AZ" "İqtisadiyyat.az"a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb. Məlumata görə, "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub. Ş.Vəliyev təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib. Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-18-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır. Bu gün yayılan daha bir məlumata görə, Xanlar Vəliyevin qızına isə yeni vəzifə verilib. Geri qayıt |