"DİA-AZ" NOCOMMENT.az-a istinadən xəbər verir ki, Ucar rayon Təhsil sektorunun müdiri Rahib Burcəliyev vəzifəsindən azad edilib.
Bununla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov müvafiq əmr imzalayıb.
Digər əmrlə isə Məhəmmədov İsmayıl Həsən oğlu Ucar Təhsil Sektoruna müvəqqəti rəhbər təyin olunub. O, bundan sonra sektorun fəaliyyətinə rəhbərlik edəcək.
Qeyd edək ki, Rahib Burcəliyev bir müddət əvvəl Təhsil İdarəsi tərəfindən şiddətli töhmət almışdı.