Əsas Səhifə > Ana xəbər / Güney Press > Deputatdan “Zaman göstərər”-ə etiraz
Deputatdan “Zaman göstərər”-ə etirazBu gün, 06:25 |
|
6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan “1-ci” kanalın “Zaman göstərər” (“Vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi və xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması rəsmi Bakının sərt etirazına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi bunu ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiya adlandıraraq, Moskvanı məsələ ilə bağlı izahat verməyə çağırıb. Vurğulanıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub və bu reallıq beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən tanınır. “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, anti-Azərbaycan ritorikası Rusiyada müxtəlif media subyektlərində davam edir: “Bu azmış kimi, hətta Rusiyanın bəzi xarici siyasət rəsmiləri belə Azərbaycana, onun ərazilərinə qarşı iddia kimi başa düşülə biləcək müxtəlif terminlərdən və mövcud olmayan inzibati vahid adlarından istifadə etməklə, əslində, Rusiyanın Azərbaycana qarşı mövqeyini ifadə etmiş olurlar. Əlbəttə, bu yolverilməzdir. Nəticə etibarilə, Rusiyanın “Zaman göstərər” verilişində səsləndirilən fikirləri mən fərqli şəkildə ifadə edərdim: “Zaman göstərdi kı, Qarabağ kimindir”. Artıq zaman öz sözünü deyib və nəyisə göstərəcəksə, göstərib. Mənə elə gəlir ki, zaman nəyi göstərəcəksə, bu, Rusiyanın xeyrinə olmayacaq. Çünki zamanın göstərəcəyi hələ çox şeylər var. Biz də o zamanı gözləyirik. Qarabağ məsələsində zaman artıq hər şeyin necə olduğunu ortaya qoyub”. Geri qayıt |