Əsas Səhifə > Manşet, Hadisə > Sumqayıt səhiyyəsində qanunsuz PUL TƏLƏBİ...

Sumqayıt səhiyyəsində qanunsuz PUL TƏLƏBİ...


10-03-2025, 10:08
Sumqayıt səhiyyəsində qanunsuz PUL TƏLƏBİ...
Sumqayıt Təcili tibbi yardım stansiyasında qanunsuz olaraq müayinəyə gələnlərdən ödəniş tələb olunur. "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Sumqayıt Təcili tibbi yardım stansiyasında rentgendən keçəndə 10 manat ödəniş tələb olunur, amma görüntünü telefonla çəkirsən...

Sonra da rentgenin nəticəsini istəyəndə saymazyana yanaşırlar, əhəmiyyət belə vermirlər.

Hörmətli TƏBİB izahat versin: Bu 10 manat xidmət haqqıdır belə?"

Geri qayıt