Əsas Səhifə > Manşet / Hadisə > Burda müştərini peşman edirlər...

Burda müştərini peşman edirlər...


2-05-2025, 08:31
Burda müştərini peşman edirlər...
"Bir ay əvvəl "Baku Electronics"dən robot tozsoran almışıq..." "DİA-AZ" xəbər verir ki, bunu "müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Yunis adlı istifadəçi qeyd edir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:

" Aldığımız gündən dedilər internetsiz işləmir... internet də çəkdik evə.

Sonra qoşduq işləmədi... 10 gündür servisinə də vermişik: nə zəng edən var... nə məlumat verən var.

Bir ayının ödənişini və komissiya xərcini də ödəmişik. Hələ də bir xəbər yoxdur.

10 ildən çoxdur burdan məhsullar alırıq: görünür, sonuncu alış olacaq..."

Geri qayıt