Əsas Səhifə > Manşet, Siyasət > "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB...

"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB...


Dünən, 09:48
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB...
Son günlər İlqar Abbasovun başçılıq etdiyi Şirvan rayonundan vətəndaş gileyləri daha da intensivləşib. Təbii ki, bu o zaman baş verir - narazılıq o zaman artır ki, idarəetmədə qüsurlar olur. Elə "DİA-AZ"a ünvanlanan gileylərdən də anlaşılanı budur: özünü ŞİRVANŞAH zənn edən İlqar Abbasov camaatı boğaza yığıb...

Narazı vətəndaşların bəzilərinin rəylərini təqdim edirik:

Mirzəzadə yazır:
Şirvan məhv olub gedir. Nə iş yerləri var, nə dolanışıq üçün əlavə şərait. Rayonun yolları bərbad gündədir. Ancaq yalandan vətəndaş qəbulu keçirirlər, problemlər elə də qalır: heç biri həllini tapmir...

İlkin Məmizadə yazır:
İlqar Abbasov Şirvana başçı gələndən rayonu pis günə qoyub. Hara şikayət ediriksə, xeyri də yoxdur. 6 ildir zülm çəkir camaat...

"Dəli Kür" nikli vətəndaş yazır:
İlqar Abbasov Şirvanda boş torpaq qoymayıb. Hamısını satıb...

Anonim oxucu yazır:
Şirvanda başçı var idi ki..? Siz nədən şikayət edirsiniz? Siz kimdən şikayət edirsiniz? Şirvanın başçısı var ki?

Rauf Səfərov yazır:
İlqar Abbasov heç bir iş görməyib və görmür də. Allah Mərdan Camalovun canını sağ eləsin. Mərdan müəllim Şirvan şəhərinə baxırdı. Bu isə ancaq otağında oturur... dincəlir özü üçün...

Alim Novruzov Şirvanlı yazır:
13 hektar torpağın Sabirabadlı bir Veterana icarəyə verilməsi xəbəri də doğrudur. Araşdırılması lazım olan çox işlər problemlər var. Pulla hər əməllərini təmiz ört-basdır edirlər and olsun Allaha!

Həsənov yazır:
Allah ölənlərinə qəni-qəni rəhmət eləsin Mərdan müəllimin (köhnə icra başçısı Mərdan Camalov nəzərdə tutulur -red.)...

Radil yazır:
Şirvanda konkret yollar pis gündədir... Maşın sürmək olmur. And içməyə belə bir dənə fərli yol yoxdur rayonda...

***

Məsələ diqqətimizdədir...

Geri qayıt