Əsas Səhifə > Manşet / Hadisə > Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR...
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR...Bu gün, 09:55 |
Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbə sakini, 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı Namiq Cəfərov bildirir ki, çox ciddi sosial problemləri var. "DİA-AZ"ın məlumatına görə, Cəfərov deyir ki, Füzuli istiqamətində gedən döyüşlər zamanı bədənininin müxtəlif yerlərindən qəlpə xəsarəti alıb və kəllə-beyin tramvası alıb. Müharibədən sonra iki il müavinət alsa da, daha sonra müavinəti dayandırılıb. Şiksyətçi bildirir ki, əlillik dərəcəsinin təyin olunması üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, hər dəfə rədd cavabı alıb. O, müvafiq qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq, nə maddi, nə də sosial dəstək ala bilmədiyini deyir. Vətəndaş tələb ona əlillik təyin etmirlırsə, sağlamlığ kağızı verilməsini tələb edir. Namiq Cəfərov yaşadığı ağır vəziyyətin və ona qarşı haqsızlıq edildiyini düşünərək ölkəni tərk etməyi düşündüyünü deyir və ölkə başçısına müraciət edərək, onun əlliliyinin bərpa edilməsi ümün ona kömək etməsini, ya da ölkəni tərk etməsi üçün ona şərait yaradılmasını xahiş edir. Geri qayıt |