Əsas Səhifə > Manşet / Sosial > Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ
Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİBu gün, 08:35 |
Naxçıvanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunan dərmanlar dünən müvafiq səhiyyə müəssisələrinə paylanıb. "DİA-AZ" xəbər verir ki, bu haqda yerli Səhiyyə Nazirliyi məlumat paylaşıb. Məlumatda bildirilir ki, məqsəd hemodializ xəstələrinin müalicə prosesinin fasiləsiz davam etməsinə şərait yaratmaqdır.
"DİA-AZ" xatırladır ki, bundan öncə dializ xəstələri bildirmişdilər ki, pulsuz nəzərdə tutulan dərmanlar onlara xəstəxanalarda baha qiymətə satılır. Xəstələr həm də müvafiq analizlərin həyata keçirilməsi üçün də onlardan rüşvət tələb olunduğunu bildirirdilər.
Elə indi də xəstələr ümidli deyillər və bildirirlər ki, yenə də əvvəlki qaydadır: Pulsuz dərmanlar satışa çıxarılır, çünki bu xəstəxana rəhbərlərinin əsas qazanc yerlərindən biri hesab olunur.
Və bu işdə Naxçıvan səhiyyə nazirliyinin xeyir-duası şəkksizdir.
Geri qayıt |