Əsas Səhifə > Manşet / Gündəm > 'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB

'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB


Bu gün, 07:19

Bir müddət əvvəl yayılan informasiyalardan aydın oldu ki, Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən "DİA-AZ"-a verilən məlumatda deyilirdi ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

"DİA-AZ" qeyd edir ki, hadisə bu ilin mart ayında baş versə də, hələ də rəsmi olaraq yuxarıdakı faktdan başqa hansısa təsirli tədbir görülməyib. Bu barədə məlumat verən sakinlərin iddiasına görə, yenə də sözügedən şirkətin işçiləri ağac kəsiminə hazırlıq görür. Sakinlər iddia edir ki,  "Avant Group" ETSN ilə anlaşdığından hüquq mühafizə orqanlarına da deyəsən ehtiyac qalmayıb.

Sakinlər deyir: "Yəqin anlaşıblar. Deməli, ağac kəsintisinə davam ediləcək".


Geri qayıt